Cardi B-nin atdığı mikrofon təxminən 100 000 dollara satıldı

Cardi B-nin atdığı mikrofon təxminən 100 000 dollara satıldı

Repçi Cardi B-nin konsertlərinin birində izdihamın arasına atdığı mikrofon “eBay”da 99 900 dollara satılıb.

Məlumata görə, bir həftəlik lotun başlanğıc qiyməti 500 dollar olub və 120-dən çox insan bu unikal məhsulu almaq istəyib.

Xatırladaq ki, keçən ay Cardi B üstünə su atan pərəstişkarına mikrofon atmışdı. Əşya ehtiyatsızlıqdan yaxınlıqda dayanan başqa bir fanatın başına dəymiş və o, sənətçidən polisə şikayət etmişdi. Tezliklə kifayət qədər sübut olmadığı üçün iş bağlanmışdı.

Mənbə: Haber Global

Share: