Azərbaycan avtomobil bazarının enerjisi yüksəldi!

Azərbaycan avtomobil bazarının enerjisi yüksəldi!

Azərbaycana sırf tam elektrik avtomobillərinin istehsalı üzrə ixtisaslaşan yeni bir brend, “LEAPMOTOR” gəldi!

03.08.2023 tarixində brendin Azərbaycanda rəsmi  təqdimat mərasimi baş tutdu. Brendin hazırda ölkəmizə  “C11” və “T03” modelləri gətirilib. Modellər kimi təqdimatı da fərqli formatda təşkil olundu. Brendin Azərbaycan nümayəndəliyi dəvət olunan qonaqlara avtomobilin enerjisini ötürməyə müvəffəq oldular.

“LEAPMOTOR” şirkət 2015-ci ildə elektronika və süni intellekt texnologiyaları sahəsində 30 ilə yaxın təcrübəsi olan dünya səviyyəli mühəndis və uzaqgörən sahibkar Zhu Jianmin tərəfindən təsis edilib. Azərbaycanda isə rəsmi distribütoru “Electro Motors Baku” MMC-dir. Şirkət bir sıra fərqli sektorlar üzrə müxtəlif uğurlu biznes sahələrinə sahib olduğu kimi, avtomobil sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış etməyə müvəffəq olub. Bu da “LEAPMOTOR” brendinə məxsus avtomobillərin yaxın zamanda ölkəmizdə seçilənlərdən olacağına zəmanət verir.

Elektromobillərə dünya üzrə artan tələbat, artıq Azərbaycanda da hiss edilməyə başlayıb. Ətraf mühitin qorunmasına dəstək olan bu avtomobillər eyni zamanda büdcə dostu sayılır. Elektromobil sahibi olaraq sadəcə yanacağa deyil, həmçinin ötürücülərin dəyişilməsi kimi digər xərclərdən də azad olursunuz.

“C11” – “Leap C-More” konseptinə əsaslanan, öz sinfində ən uzun təkər bazasına malik ağıllı, müasir və innovativ avtomobildir. “LEAP C11” 76,2% yüksək möhkəmlikli poladdan ibarət iki rəngli gövdəyə, mükəmməl ahəngdar dizayna, çərçivəsiz qapı pəncərələrinə və geri çəkilə bilən tutacaqlara malikdir. Bir şarjla elektromobil təxminən 502 kilometr yol qət edə bilir.

“Autohome.com.cn”in hesabatına görə, C11 Çinin C-NCAP təhlükəsizlik testlərində mümkün olan ən yüksək 5 ulduz reytinqini alıb.

“Leap Motor LP-T03” 3620*1652*1577 mm kimi kompakt ölçülərə malik kiçik şəhər avtomobilidir. 36,5 kVt/saat batareya ilə işləyən 75 at gücünə malik elektrik mühərriki ilə təchiz edilib. Bir şarjla elektromobil təxminən 280 kilometr yol qət edə bilir.

“LEAPMOTOR” ilə avtomobilinizi uzun müddət və inamla idarə edə bilərsiniz. Belə ki, rəsmi istehsalçıdan həm avtomobil,  həm də batareyasına 6 il və ya 120 000 km zəmanət verilir. Eyni zamanda brendin elektromobillər üzrə ixtisaslaşan peşəkar ustaların fəaliyyət göstərdiyi rəsmi servis mərkəzi də mövcuddur.

Avtomobillərlə tanış olmaq, sınaq sürüşünə yazılmaq üçün “LEAPMOTOR” Azərbaycan rəsmi satış mərkəzinə yaxınlaşın.

Ünvan: Babək plaza biznes mərkəzinin birinci mərtəbəsi.

Ətraflı məlumat üçün:

*5544

https://leapmotors.az/

Share: