Nigerdəki üsyançılar ölkə prezidentini öldürməklə hədələdi

Nigerdəki üsyançılar ölkə prezidentini öldürməklə hədələdi

Nigerdəki üsyançılar qonşu dövlətlər prezident Məhəmməd Bazumu vəzifəsinə qaytarmaq üçün cəhd göstərəcəkləri təqdirdə onu öldürəcəklərini bəyan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, prezidentin öldürüləcəyi ilə bağlı sözlər ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Nigerə səfəri zamanı səsləndirilib.

Həmçinin, Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb.


Share: