Türkiyədə 110 yaşlı qadın əməliyyat olundu

Türkiyədə 110 yaşlı qadın əməliyyat olundu

Türkiyədə 110 yaşlı qadın əməliyyat olunduqdan sonra sağalıb.

Hadisə ölkənin Siirt vialyətində baş verib.

Məlumata görə, Hanife Baykara keçən həftə qasıq nahiyəsində ağrı şikayəti ilə Siirt Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.

Lazımi müayinələrdən keçən qadın əməliyyat edilib.

Həkimlər uğurlu əməliyyatdan sonra Baykaranın səhhətinin yaxşı olduğunu jurnalistlərə bildiriblər.

Qadının bu gün evə buraxılacağı qeyd olunub.

Mənbə: Haber Global

Share: