“Coach”, “Kate Spade” və “Stuart Weitzman” brendlərinin sahibi olan “Tapestry” şirkəti “Capri Holdings”i 8,5 milyard dollara satın alıb.
Sövdələşmə nəticəsində “Capri Holdings”in brendləri – “Michael Kors”, “Jimmy Choo” və “Versace” də sahibini dəyişib.
“Capri”nin rəhbəri Con Aydol bildirib ki, sövdələşmə “şirkətin qlobal mövcudluğunun genişlənməsini sürətləndirmək üçün” resursları və imkanları artıracaq.
Xatırladaq ki, “Capri” 2018-ci ildə “Versace”ni 2,2 milyarda satın almışdı.
Mənbə: gazeta.ru