Bayden Çini “saatlı bomba” adlandırdı

Bayden Çini “saatlı bomba” adlandırdı

“Çin iqtisadi problemlərinə görə “saatlı bomba”dır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlaması zamanı deyib.  

“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemlə üzləşəndə ​​pis işlər görürlər”, – deyə Amerika lideri bildirib.

Bayden vurğulayıb ki, Çinin iqtisadi inkişafı yavaşlayıb, pensiya yaşına çatmış insanların sayı əmək qabiliyyətli yaşda olanların sayından çoxdur.


Share: