Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Maskla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir feysbuk hesabında paylaşım edib.
“Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında İlon Maskla fikir mübadiləsi apardıq”, – deyə R.Nəbiyev qeyd edib.