“Ukrayna silahlar almağa davam edərsə, hücumlar və hərbi əməliyyatlar dayanmazsa, bu, Ukraynanın uğursuz dövlətə çevrilməsi ilə nəticələnəcək”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.
Kelinin fikrincə, bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq, çünki Ukraynanı bərpa edəcək heç kim olmayacaq.
Səfir həmçinin qeyd edib ki, Moskva Ukrayna münaqişəsinin həlli istiqamətində bütün ölkələrin, o cümlədən Afrika ölkələrinin səylərini yüksək qiymətləndirir. Bununla belə, Kelinin sözlərinə görə, hələlik böhran vəziyyətinin həllinə kömək edəcək real təşəbbüs yoxdur.