Ermənilər hakimiyyəti qəsb etmiş Serj Sarkisyanın istefasını ABŞ-ın Los-Anceles ştatında bayram kimi qeyd ediblər.
Kult.az xəbər verir ki, Los-Anceles meriyası önündə toplaşan ermənilər Azərbaycanın musiqi incilərindən olan “Qadan mən alım” mahnısının sədaları altında şənlik keçiriblər.
Sözügedən görüntüləri “Amerikanın səsi” radiosu yayıb.
Qeyd edək ki, Ələkbər Tağıyevin bəstələdiyi bu mahnı Zeynəb xanım Xanlarova da daxil olmaqla, bir çox məşhur sənətçimizin ifasında səslənib.