Türkiyənin İstanbul şəhərində tarixi bina çöküb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.
Bildirilir ki, hazırda binanın altında qalanlar var. Axtarış-xilasetmə tədbirləri görülür.
İlkin məlumata görə, hadisə binada aparılan təmir işləri zamanı baş verib.
***
Hadisə nəticəsində 4 nəfər dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Lakin bütün müdaxilələrə baxmayaraq yaralılardan biri vəfat edib.