Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı artdı

Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı artdı

ABŞ-nin Havay adalarında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 89-a çatıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə bölgədəki səlahiyyətlilər Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları ilə bağlı keçirilən konfransda məlumat verib.

Havay adalarının qubernatoru Coş Qrin, “Bu, Havay adalarının yaşadığı ən böyük fəlakətdir. Təxminən 2200 tikili dağıdıldı və zərərin miqdarı 6 milyard dollar oldu, – deyə qeyd edib.

Xatırladaq ki, Havay adalarında genişmiqyaslı meşə yanğınları avqustun 9-dan başlayıb. Güclü külək yanğının qısa müddət ərzində daha böyük əraziyə yayılmasına səbəb olub. Təbii fəlakət nəticəsində turistlər arasında məşhur olan Lahayna şəhəri məhv olub.


Share: