23 aprel Gənc tamaşaçılar teatrında Best fm radiosunun 5 yaşı qeyd olundu.Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu radionun qurucusu Aqil Məmmədov öz zəhməti,yuxusuz gecələri hesabına yaradıb bu günə qədər yaşatdığı radionun əziyyətlərindən danışıb. O, gələcəkdə dövlətimizin və iş adamlarının dəstəyinə inanaraq bu radionu FM dalğalarında yayımlanmasının ən böyük arzusu olduğunu vurğulayıb.
Tədbirin aparıcılığı KAMRAN HƏSƏNLİ və şairə GÜNAY FUADQIZINA həvalə olunub.
Bu Maraqlı tədbirə Aqil bəyə dəstək olmaq üçün bir çox tanınmış simalar,sənət adamları qatılıb.Bunlardan Hacı NURAN,millət vəkili Adil Əliyev,gənc şairələr,Bir sıra iş adamlarını misal gətirmək olar.Tanınmış müğənnilərdən Ağadadaş Ağayev,Cavan Zeynallı,Çinarə Məlikzadə və başqaları gözəl musiqi nömrələri ilə tədbirə rəng qatiblar.
Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,Dövlət Radiotezliklər idarəsini təmsil edən,Beynəlxalq Əlaqələr və Kordinasiya şöbəsinin mühəndisi Daşdəmirova Rəxşəndə də BEST FM-in özəl gününə dəstək olanlardan olub və o,Diqqəti və qayğısına görə Best fm tərəfindən diplomla mükafatlandırılıb.
ƏLAVƏ olaraq Best fm radiosu adından bir çox dəyərli,əməyi keçmiş insanlara diplom mükafatları verilib.
Aqil MƏMMƏDOV bir çox media mənsublarını dəvət etmələrinə rəğmən gəlməmələrini vurğulasa da bu gözəl gündə yanında olan dəyərli dostlarına minnətdarlığını bildirib.
Müstəqil.Az olaraq biz də Best fm radiosu və qurucusu AQİL bəyi,həmçinin radioda əməyi keçən hər kəsi ürəkdən tərbik edir,yaxın zamanda bu radionun səsinin fm dalğalarından gəlməsini arzulayırıq.Uzun ömürlü və uğurlu yaşlara…
AYSEL XANLARQIZI SƏFƏRLİ
Tədbirə aid foto materiallar: