Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Şian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib.
Həmçinin, 900 evin elektrik enerjisi kəsilib.
Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, itkin düşən 6 nəfərin axtarışları isə davam edir.
Qeyd edək ki, iyul ayından bəri Çinin şimal əyalətləri tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.