“Barselona”ın İspaniya La Liqasında 2023/24 mövsümünə xal itkisi ilə başlayıb.
Oxu.Az xəbər verir ki, Kataloniya klubu ilk turda səfərdə “Xetafe”nin müqavimətini qıra bilməyib – 0:0.
Matç daha çox futbolçuların kobud oyunu ilə yadda qalıb. 42-ci dəqiqədə “Barsa”nın futbolçusu Rafinya rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 57-ci dəqiqədə isə “Xetafe”nin futbolçusu Xeyme Mata ikinci” sarı”dan qırmızı alıb. Bundan başqa 70-ci dəqiqədı katalonların çalışdırıcısı Xavi hakimlərə sərt etiraza görə texniki zonadan uzaqlaşdırılıb.
01:21
“Barselona”ın futbolçusu Ronald Arauxo futbol üzrə İspaniya La Liqasının I turunda “Xetafe” ilə matçda qeyri-adi hərəkət edib.
Oxu.Az xəbər verir ki, uruqvaylı müdafiəçi epizodların birində komanda yoldaşının hava ötürməsindən sonra topun meydanı tərk etdiyini zən edərək onu əli ilə tutub.
Əslində isə bu zaman Arauxo meydanın hüdud xəttindən bir neçə metr içəridə olub.
Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə gülüş mövzusuna çevrilib.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən oyunda hesab açılmayıb – 0:0.