Moskva vilayətindəki Ramenskoye yaşayış məntəqəsində yerləşən anbarda 2,7 min kvadratmetr sahədə yanğın baş verib.
Bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğına qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozuntusu səbəb olub.
İnsident zamanı insan tələfatı qeydə alınmayıb.
Mənbə: TASS, Baza