“Bu həftəsonu Rusiya Prezidenti Vladimir Putinin səhhətində problem yaranıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “General SVR” teleqram kanalı yayıb.
Məlumata görə, avqustun 12-13-ü Putin özünü pis hiss etdiyindən iclas keçirməyib, yalnızca dərman və hesabatlar qəbul edib: “Həftəsonu Prezident yalnız həkim və ona yaxın bir neçə şəxslə görüşüb”.
Bununla belə, Rusiya liderinin səhhətinin pisləşməsinin səbəbi qeyd olunmayıb.