Avqustun 24-də Heydər Əliyev Sarayında Koreya seriallarından saundtreklər səsləndiriləcək.
Kulis.az xəbər verir ki, saundtrekləri Qazaxıstanın “BN Team Orchestra” simfonik orkestri ifa edəcək.
Proqrama “Giləmeyvələrdən sonra çiçəklər”, “Va-bank”, “Al ürəklər: Koryo”, “Dolu ev” və başqa məşhur serialların musiqiləri daxildir.