FETÖ iş başında, PKK razı: Türkiyəyə oyun qurulur – Baxçalı

Təmas yolunu ibrət və narahatlıqla izləyirəm. Türkiyəyə tələ qurulur.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı bildirib.

“Türkiyəyə tələ qurulur. Cənab Gül Pensilvaniyanın dəzgahına düşməyi necə gözə alıb? Xüsusilə, qeyd etməliyəm ki, depressiyaya dəvətnamə çıxaran siyasi prosesləri təəssüf və narahatlıqla izləyirəm. Türkiyənin 11-ci prezidenti Abdullah Gülün namizədliyi üzərində hiyləgərcəsinə oyun qurulur. FETÖ iş başındadır. PKK razıdır. Türkiyənin düşmənləri həyəcanlıdır”, – Baxçalı söyləyib.

Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident seçkiləri keçiriləcək.

Pərviz H

Share: