Qadınların neçə il sevə bilmələri araşdırılıb.
Moderator.az bildirir kı, Amerikalı antropoloq prof.dr Helen Fisher, 15 il boyu 62 ölkədə apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Araşdırmanın mövzusu “Qadınların sevgiləri nə qədər davam edir” olub.
Məlum olub ki, qadının kişiyə qarşı duyduğu sevgi ən çox 4 il davam edir. Qadının aşiq olmasını təmin edən beyin fəaliyyəti 3 il ərzində tükənir. 4-cü ildə isə qadın yeni bir sevgili axtarışına çıxır. Qadın kişini niyə bu qədər vaxtda unuda bilmir? Çünki qadınlar 3 il ərzində və yeni bir sevgili tapana qədər özünü zəmanətdə saxlamaq üçün əvvəlki kişini də əldən vermək istəmir.
Araşdırmaya görə, qadınlar 4 il boyu kişiyə duyduğu sevgini məhv edə bilmək qabiliyyətinə sahibdir. Yəni, sevgilisi aşiq olduğu müddətdə tərəfdaşına sadiq qalır.
Kişilər isə ilk fürsətdə sevdiyi insana xəyanət edir.
Qadın uşağı dünyaya gətirib böyüdən də özü olacağı üçün ən yaxşı seçimi etməlidir. Bu səbəbdən kişini uzun müddət sınaqdan keçirmək lazımdır.