Türkiyədə mağazada satıcı işləyən kişi əlil uşağı evinə apararaq təcavüz etməyə çalışıb.
Müstəqil.az xəbər verir ki, hadisə Pirimehmet məhəlləsi adlanan ərazidə qeydə alınıb. 47 yaşlı. T.K-nın davranışlarından şübhələnən ətrafdakı qonşular onu evinə qədər izləyib.
Bir neçə dəqiqə gözlədikdən sonra evə girən şəxslər T.K.-nı yarıçılpaq vəziyyətdə görərək dərhal polisə xəbər veriblər. Polis gələnə qədər isə qonşular kişini döyməkdən betər hala salıblar.
Azyaşlını hadisə yerindən uzaqlaşdıran qonşular polisə ifadəsində T.K-nın uşağı aldadaraq evinə gətirdiyini və təcavüz etməyə cəhd etdiyini desələr də, 47 yaşlı T.K haqqında irəli sürülən ittihamları rədd edib.
Hadisə ilə bağlı araşdırma başladılıb. T.K həbs edilib.