Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalarda ölənlərin sayı 55-ə çatıb.
Bu barədə yerli mətbuat həkimlərin məlumatına əsasən xəbər verir.
Toqquşmalar nəticəsində 146 nəfərin yaralandığı bildirilir.
Məlumat üçün əlavə edək ki, Liviya Silahlı Qüvvələri bir-birinə əks qütbdə dayanan siyasilərlə əlaqədə olduğundan ölkədə mütəmadi olaraq insan itkiləri ilə nəticələnən silahlı toqquşmalar baş verir.
Mənbə: Libya Al Ahrar