Urmiyanın bir qrup sakini Urmiyə gölünün qurumuş yatağında aksiya keçiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, fəallar simvolik addımla insan zənciri formalaşdıraraq üzərində Urmiyə gölünün xəritəsi və onun ekosistemi ilə bağlı şəkillərin olduğu plakatı nümayiş ediblər.
Bununla aksiyaçılar gölün tükənməkdə olan ömrünü xatırladaraq, ictimai rəyin diqqətini cəlb etməyə çalışıblar.