“Dünənki müzakirələr kimin real sülh istədiyini göstərdi”

“Dünənki müzakirələr kimin real sülh istədiyini göstərdi”

“Dünən BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr kimin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istədiyini, kimin isə revanşla bağlı boş ümidlərlə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamağa davam etdiyini bir daha göstərdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” (tviter) hesabındakı paylaşımda qeyd edib. 

Onun sözlərinə görə, dünya ictimaiyyətinin yekdil fikri ondan ibarətdir ki, artıq tamaşalardan Azərbaycan və Ermənistan arasında uzunmüddətli davamlı sülhün konkret detallarının müzakirəsinə keçid etmək vaxtıdır.


Share: