Qadın evdən külli miqdarda pul və qızıl oğurlayıb

Qadın evdən külli miqdarda pul və qızıl oğurlayıb

Nərimanov rayonunda evlərin birindən külli miqdar dəyərində oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, evdən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Oğurluqda  şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.

 


Share: