Dünyanın ən kök adamı 330 kiloqram arıqlayıb.
Məlumata görə, 2016-cı ildə Xuan Pedro Frankonun çəkisi 595 kq olub. O, dünyanın ən kök adamı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Qətiyyən hərəkət edə bilməyən Xuan arıqlamaq qərarı verir. 330 kq çəki itirəndən sonra ayağa qalxmağa, özü addımlamağa başlayıb.
Qeyd edək ki, dünyanın ən kök adamı çəkisini mədə əməliyyatı və müxtəlif diyetlər, xüsusi məşqlər vasitəsilə ata bilib.
Mənbə: lenta dnya