“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsini uğurla davam etdirir.
İctimai Birliyinin mətbuat xidmətindən əldə edilən məlumata görə, layihə çərçivəsində “Зимние деревья” kitab-almanaxı çapdan çıxıb. Nəfs şəkildə dərc olunan kitabda Azərbaycanın dörd tanınmış şair tərcüməçinin – Qiya Paçxataşvili, Serqey Televnoy, Fəxrəddin Qəribsəs və Vaqif Rəsulun tərcüməsində Xatirə Fərəclinin şeirləri rus dilinə tərcümə edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru Samirə Şaqavatovadır.
Layihənin əsas məqsədi ədəbiyyatımızın, mədəni irsimizin dünyada tanıdılması təşəbbüsləri çərçivəsində “Dünyada biz” layihəsi ilə Azərbaycanımızı, onun ədəbi və mədəni irsini dünyaya daha da yaxından tanıtmaq, ədəbi irsimizi digər xalqlara təqdim etməkdir.
Rusdilli oxucular üçün hazırlanan kitab-almanaxın təqdimatı keçiriləcək, daha sonra isə layihənin fəaliyyət planında nəzərdə tutulduğu kimi kitabxanalara paylanılacaq.
İcrası 2 ay (01.07.2023-31.08.2023) müddətində nəzərdə tutulan layihə Bakı və Sumqayıt şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.
Müstəqil.Az