Türkiyəli din xadimi Nihat Hatipoğlu xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Nihat bəy hazırda qan təzyiqi ilə bağlı xəstəxanada müalicə alır. Sizdən xahiş edirik ki, ona dua edəsiniz”.
Qeyd edək ki, 68 yaşlı ilahiyyatçı 2005-2010-cu illər arasında Ramazan ayında Türkiyənin “Star TV” kanalında iftar və sahur proqramlarını təqdim edib.