İranda daha üç nəfər edam olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, Zahidan şəhər mərkəzi həbsxanasında iki, Dezful şəhərində də bir məhkum edam olunub.
Qeyd edək ki, məhkumlardan ikisi qəsdən adam öldürməkdə, digəri isə narkotik cinayətlərində ittiham edilib.
Xatırladaq ki, ötən ay İranda 61, cari il ərzində isə ümumilikdə 423 nəfərin edam hökmü icra edilib.