Keçmiş sevgililəri ilə eyni toyda — Fotolar

Keçmiş sevgililəri ilə eyni toyda — Fotolar

Türkiyənin tanınmış sənət adamları Hadisə, Hande Erçel və Ezgi Eyüboğlunun eyni toyda olması sosial mediada geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, modelyer Nedret Taciroğlunun qızı Yasemin Taciroğlu ilə iş adamı Ahmet Uras dünən axşam ailə həyatı qurub.

Məşhurların axın etdiyi toya dəvət olunanlar arasında Hande Erçel ilə Hakan Sabancı da yer alıb..

Hadisə ilə Ezgi Eyüpoğlunun da bu toyda olması qısa zamanda sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Buna səbəb isə hər üç xanımın keçmişdə Kaan Yıldırım ilə eşq yaşaması olub. Belə ki, aktyor 2016-2019-cu illərdə Ezgi Eyüboğlu ilə evil olub. 2020-ci ildə isə  Hadisə ilə eşq yaşayıb. Evlənəcəkləri deyilən cütlük daha sonra ayrılıb. Kaan 2022-ci ildə Hande Erçel ilə yeni eşqə yelkən açıb, lakin çox qısa müddətdən sonra ayrılıb.

Qeyd edək ki, Kaan Yıldırım hazırda aktrisa Pınar Denizlə sevgilidir.


Share: