İraqın paytaxtı Bağdadda reklam lövhələri porno nümayişinə görə bağlanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, paytaxın əsas yol qovşağındakı elektron lövhədə reklam əvəzinə qəfildən pornoqrafik film yayımlanıb.
Belə qeyri-adi hadisənin foto və videoları müsəlman ölkəsində sürətlə yayılıb. Bundan sonra paytaxtdakı bütün elektron reklam lövhələri müvəqqəti söndürülüb.
Polis hadisə ilə bağlı bir nəfəri saxlayıb. Rəsmi açıqlamaya görə saxlanılan şəxs reklam ekranlarını idarə edən şirkətdə texniki işçi olub. İlkin məlumata əsasən, onun firma ilə maliyyə mübahisəsi olub və bunu qisas məqsədilə edib.