Ərdoğan Nigerə hərbi müdaxiləyə qarşı olduğunu bildirib

Ərdoğan Nigerə hərbi müdaxiləyə qarşı olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qiyam nəticəsində hökumət çevrilişinin baş verdiyi Nigerə gözlənilən hərbi müdaxiləyə qarşı olduğunu bəyan edib. 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi acıqlamada bildirib.

“Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerə hərbi müdaxilə qərarının ədalətli olduğunu düşünmürəm. Nigerə hərbi müdaxilə qeyri-sabitliyin Afrikanın bir çox ölkəsinə yayılacağı anlamına gələcək”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan Niger xalqını Türkiyəyə qardaş xalq hesab etdiyini, yaşanan siyasi gərginliyin sonda seçkilər nəticəsində demokratiya ilə yekunlaşacağına ümid etdiyini vurğulayıb.

Mənbə: Anadolu

Share: