İtaliyanın Elba adasında böyük yanğın baş verib.
Məlumata görə, artıq 700-ə yaxın insan təxliyə edilib.
Güclü külək yanğınla bağlı vəziyyəti daha da gərginləşdirir.
Qeyd edək ki, İtaliyada anomal istilər hökm sürür. Ölkənin 27 ən böyük şəhərindən 16-da ən yüksək meteotəhlükə elan edilib.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı