Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Qeyd edək ki, təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.
01:48
Masallı-Cəlilabad rayonlarının inzibati sərhəddində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.
01:40
Cəlilabadda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin maqnitudası beşə yaxındır.
Məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda zəif hiss olunub.
01:33
Azərbaycanda “Android” sistemli smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib.
Oxu.Az xəbər verir ki, zəlzələnin Bakıdan təxminən 190 km uzaqlıqda Rixter şkalası ilə 5.5 bal gücündə olduğu bildirilir.
Məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.