Birləşmiş Millətlər Təşkilatı(BMT) və təşkilatın humanitar məsələlər üzrə tərəfdaşlar qışda Ukrayna əhalisinə 268 milyon dollarlıq yardım göstərmək üçün ianə toplanması təşəbbüsü ilə çıxış ediblər.
Bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, yardım əsasən hərbi əməliyyatların getdiyi bölgədəki evlərin təmirinə, insanların geyim, istilik cihazları ilə təminatına yönəldiləcək.
Mənbə: TASS