SEPAH-a bağlı “Tasnim News” agentliyinin fotoqrafı və redaktoru Məhəmmədhüseyn Vilayəti Əfqanıstanda “Taliban” qruplaşması tərəfindən həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, fotoqraf qeyri-işgüzar məqsədlə hava sərhədindən Əfqanıstana qanuni şəkildə daxil olub və 10 gün Kabildə qalıb.
Qeyd edək ki, o, İrana qayıdarkən heç bir məlumat verilmədən Kabil hava limanında saxlanılıb.