Məşhur müğənni Selin Dion xəstəliyinə görə kariyerasını bitirə bilər.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı müğənninin vəziyyəti xeyli pisləşib. Həkimləri ona ictimai yerlərdə oxumaq qadağası qoyublar.
Qeyd edək ki, müğənniyə keçən ilin dekabrında “əzələ sərtliyi sindromu” diaqnozu qoyulmuşdu.