Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır.
Kulis.az xəbər verir ki, bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasımda məlumat verib.
Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor qeyd edib:
“Laçın artıq kino çəkilişləri üçün ən ideal və əlverişli məkana çevrilməkdədir. Laçının təbiəti rejissorlara istənilən janrda filmlər, verilişlər çəkməyə şərait yaradır”.