Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçirilib.
Kulis.az xəbər verir ki, Şahdağda ilk dəfə olaraq təşkil edilən festivalda ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın həvəskar motosikletçi iştirak edib.
Qeyd edək ki, festival çərçivəsində iştirakçılar və qonaqlar üçün şou proqramlar təşkil edilib.