30 ildən sonra doğma yurda qayıdan 98 yaşlı sakin: “Laçın məni çox gözəl qarşıladı”

30 ildən sonra doğma yurda qayıdan 98 yaşlı sakin: “Laçın məni çox gözəl qarşıladı”

“Laçının adı çəkiləndə ürəyim titrəyir. Laçın məni çox gözəl qarşıladı”.

“Report” xəbər verir ki, bunu Laçın şəhərinin 98 yaşlı sakini, 30 illik ayrılıqdan sonra doğma yurda qayıdan Nərgiz Xəlil qızı Əsədova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda deyib.

“98 yaşım var. Müəllim işləmişəm. Laçında olan mühit heç yerdə yoxdur. Hər şey var Laçında, bağı var, bostanı var. Burada bizim hər bir ehtiyacımız qarşılanır”, – Laçın sakini qeyd edib.

Artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Share: