Baydeni korrupsiyada ittiham etdi

Baydeni korrupsiyada ittiham etdi

Ukraynanın keçmiş baş prokuroru Viktor Şokin ABŞ Prezidenti Co Baydeni korrupsiyada ittiham edərək, onun ucbatından vəzifəsini itirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.

Şokin bildirib ki, onun işdən çıxarılması pulla, Vaşinqtonun təşəbbüsü ilə olub.

O, ABŞ liderinin işdən çıxarılmasına görə milyard dollar ödədiyini vurğulayıb və bunun korrupsiyadan başqa bir şey olmadığını qeyd edib.


Share: