Kadırov Priqojinlə bağlı xatirəsini bölüşdü — “Ortaq cəhətlərimiz çox idi”

Kadırov Priqojinlə bağlı xatirəsini bölüşdü — “Ortaq cəhətlərimiz çox idi”

Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner” hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzası nəticəsində ölməsindən təəssüfləndiyini bildirərək onunla bağlı xatirələrini danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə teleqram kanalında paylaşım edib.

R. Kadırov Yevgeni Priqojinin ailəsinə və yaxınlarına başsağlığı verərək onun xüsusi əməliyyatlarda verdiyi töhfələri vurğulayıb:

“Şübhəsiz ki, o, Rusiyaya böyük töhfə verib və bunu onun əlindən almaq olmaz. Onun ölümü bütün dövlət üçün böyük itkidir. Yevgeni Viktoroviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

O qeyd edib ki, Priqojinlə tez-tez ən çətin məsələləri müzakirə etməli olub: “Biz Liviya və Afrika ilə bağlı bəzi məsələlərdə də ona kömək etdik. Ortaq cəhətlərimiz çox idi. O, səfərlərinin birində mənə Vaqner adına “Xüsusi xidmətlərə görə” qızıl medalını təqdim etdi”.

Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi olub.


Share: