Şəkidə dəmirçi iş başında ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Orta Zəyzid kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Namiq Hümmət oğlu Həmzətovun işlədiyi dəmirçi sexində qəfildən halı pisləşib və dünyasını dəyişib.
İlkin müayinə zamanı N.Həmzətovun ürəktutmadan öldüyü məlum olub.