Yeni tədris ilinə sayılı günlərin qalması kirayə mənzil bazarını canlandırıb.
Xezerxeber.az-ın məlumatına görə, bir çox bölgələrdən Bakıya tələbələrin gəlişi kirayə evlərin qiymətinin artması ilə yanaşı, bəzi fırıldaqçılıq hallarına da yol açıb.
Belə ki, ali təhsil müəssisəsinə yeni qəbul olan tələbələrin valideynləri şəhərə gəlmədən internet vasitəsilə ev axtarırlar. Bu isə heç də hər zaman yaxşı sonluqla bitmir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tövsiyə edir ki, kirayə ev axtaran tələbələr özləri mənzili görməli və seçim etməlidirlər. Əks halda fırıldaqçıların qurbanına çevirilə bilərlər.
Onun sözlərinə görə, hər il onlarla tələbə özləri də bilmədən bu saxtakarların toruna düşürlər.
Ekspert deyir ki, xüsusilə də birinci kurs tələbələrini hədəfə alan bu dələduzlara rast gəlməmək üçün əvvəlcədən ehtiyat tədbirlərini görmək lazımdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: