“Əks-hücum əməliyyatı film deyil. Söhbət Hollivudun çəkdiyi blokbasterdən getmir”.
Bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, əks-hücum əməliyyatları əvvəl də tərəfdaşları ilə müzakirə edildiyi kimi plan üzrə gedir.
“Bu prosesə cəlb edilən hər kəs bu barədə məlumatlıdır. Onlar düşmənin müdafiə qabiliyyətini, minalanmış sahələri, tankların harada mühasirəyə düşmək ehtimalının olduğunu, istehkamların harada qurulduğunu bilirlər”, – deyə Aleksey Reznikov əlavə edib.
Mənbə: Unian