Türkiyənin Bursa şəhərində qəzadan sonra düşən mübahisə silahlı insidentlə yekunlaşıb.
Qeyd olunur ki, alkoqolun təsiri altında olan şəxs idarə etdiyi avtomobili park halında olan digər avtomobilə çırpıb.
Həmin vaxt hərəkətdə olan avtomobilin digər sərnişinləri də spirtli içkinin təsiri altında olublar.
Nəticədə tərəflər arasında mübahisə düşüb.
Son məlumata görə, spirtli içkinin təsiri altında olan şəxslərin tapançadan açdığı atəş nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindən uzaqlaşan silahlı şəxsləri axtarır.
Mənbə: İHA