Mask ABŞ Ədliyyə Nazirliyinə səsləndi

Mask ABŞ Ədliyyə Nazirliyinə səsləndi

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask ABŞ Ədliyyə Nazirliyinə özü-özünü məhkəməyə verməyi məsləhət görüb.  

İş adamı bu çağırışı qurumun işə qəbul zamanı qaçqınlara münasibətdə ayrı-seçkiliyə görə “SpaceX”ə qarşı qaldırdığı iddia fonunda edib.

“ABŞ Ədliyyə Nazirliyi özü-özünü məhkəməyə verməlidir. Mən artıq özümlə bacarmıram, nə qədər də gülməlidi… və nə qədər də ironiya var” – “X” sosial şəbəkəsində yazıb.

 

Share: