“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubuna Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmək istədiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti tviter hesabında məlumat verib.
Mənbənin məlumatına görə, Səudiyyə klubu cavab vermək üçün “Liverpul”a avqustun 28-dək vaxt verib.
Daha əvvəl “Əl-İttihad”ın misirli hücumçuya 76 milyon avro maaşla üç illik müqavilə təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, Salah ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.
Transfermarkt portalının məlumatına görə, misirlinin bazar dəyəri 65 milyon avrodur. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.