Rusiyanın Belqorod vilayətini atəşə tutulub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya tərəfi hücumun Ukrayna Ordusu tərəfindən olunduğunu açıqlayıb.
Bildirilib ki, Belqorod vilayəti ərazisinə 140 mərmi və pilotsuz aparatlarından partlayıcı qurğular atılıb.
Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
***
Hadisə nəticəsində polis polkovnik-leytenantı ölüb.
Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, o, PUA hücumu zamanı Şetinovo yaşayış məntəqəsində ölüb.