Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağına qalxan krasnodarlı turist həlak olub.
Bu barədə jurnalistlərə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ölən alpinist 14 nəfərlik qrupun tərkibində olub.
O zirvəyə qalxarkən yıxılıb və aldığı zədələrdən yerindəcə ölüb.
Mənbə: TASS