Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində ikinci yerdə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç “USA Open” turnirinin uşaq gününün açılış mərasimində iştirak edib.
Burada N. Cokoviç müxtəlif əşyalarla – yol nişanı, beysbol çubuğu, tava ilə tennis oynamaq bacarığını nümayiş etdirib.
Xatırladaq ki, dörd Böyük Dəbilqə turnirindən biri olan “USA Open” (ABŞ Açıq çempionatı – red.) turniri avqustun 28-dən sentyabrın 10-dək Nyu-Yorkda keçiriləcək.
Mənbə: Gazeta.ru